Alyona Əliyeva müharibədən zərər çəkmiş ukraynalı uşaqlarla bir arada olub- FOTO

Alyona Əliyeva müharibədən zərər çəkmiş ukraynalı uşaqlarla bir arada olub-

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Azərbaycanda reabilitasiya tədbirlərinə cəlb olunan ukraynalı uşaqlarla vaxt keçirib.

Azmedia.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynada müharibədən zərər çəkmiş uşaqlar üçün reabilitasiya tədbirləri həyata keçirilib.

Xüsusi dəstək proqramı çərçivəsində Ukrayna Mərkəzinə səfər təşkil olunub. Görüş zamanı uşaqlara xüsusi diqqət və qayğı göstərilib.

Uşaqların Azərbaycanın mədəni və tarixi irsi ilə tanış olmaları məqsədilə İçərişəhərə gəzinti təşkil edilib. Azərbaycan Milli Xalça Muzeyində isə onlar üçün ekskursiya və müxtəlif ustad dərsləri keçirilib.

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva ukraynalı uşaqlarla vaxt keçirib və onların gəzintisində iştirak edib.

Alyona Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.