Mingəçevirdə güclü külək ağacları kökündən qopardı – Küçə və parklarda fəsadlar yarandı- FOTO

Mingəçevirdə güclü külək ağacları kökündən qopardı – Küçə və parklarda fəsadlar yarandı-

Mingəçevirdə müşahidə olunan güclü külək şəhərin bir sıra küçə və parklarında fəsadlara səbəb olub. Çoxsaylı ağaclar kökündən qoparaq yollara və ərazilərə aşıb.

Azmedia.Az xəbər verir ki, güclü külək nəticəsində şəhərin Nəriman Nərimanov, Samux və Dilarə Əliyeva küçələrində, həmçinin Üzeyir Hacıbəyov küçəsi ilə Çimərlik yolunun kəsişməsində və bir sıra digər istiqamətlərdə iri qovaq, qarağac, söyüd və başqa ağaclar kökündən qoparaq əraziyə aşıb.

Bəzi istiqamətlərdə isə ağacların bir hissəsi qırılaraq yollara düşüb.

Bundan başqa, 7 saylı orta məktəbin həyətində yerləşən ağacın iki hissəsindən biri gövdəsindən ayrılaraq dəmir hasara doğru əyilib.

Əraziyə cəlb olunan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları yaranmış fəsadları aradan qaldırıb, aşan ağacları ərazidən götürərək daşıyıblar.

Ehtiram Muradov

Azmedia.Az 

Ehtiram Muradov

Azmedia.Az