DSMF-yə səkkiz ayda 303 mindən çox vətəndaş müraciət edib-
Sosial təminat və xidmətlər üzrə müraciətlərin əsas hissəsi pensiya və müavinətlərlə bağlı olub.
Azmedia.Az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 303 187 vətəndaş müraciəti qeydə alınıb.
Məlumata görə, müraciətlərin 116 880-i pensiya, 78 485-i müavinət, 12 719-u Prezident təqaüdü, 48 422-si ünvanlı dövlət sosial yardımı, 10 520-si fərdi uçot və sosial sığorta, 849-u dövlət icbari şəxsi sığorta, 35 312-si isə digər istiqamətlərlə bağlı olub.
Beləliklə, hesabat dövründə DSMF-nin fəaliyyət istiqamətləri üzrə qeydə alınan müraciətlərin ümumi sayı 303 187 təşkil edib.


