ADY-dən qatarla ödənişsiz səfər və uşaq biletləri ilə bağlı AÇIQLAMA
Azərbaycanda dəmir yolu nəqliyyatında uşaqlar üçün tətbiq edilən güzəştlər və turistlərə yönelik yeni bilet paketlərinin yaradılması ilə bağlı planlar açıqlanıb.
Azmedia.Az xəbər verir ki, dəmir yolu nəqliyyatı sərnişinlər üçün rahat və əlçatan alternativlərdən biri hesab olunur. Bununla yanaşı, səfər qiymətləri, xüsusilə qatarlardan müntəzəm istifadə edən şəxslər, tələbələr və ailələr üçün əhəmiyyətli məsələlərdən biri olaraq qalır.
Sərnişinlərin daha sərfəli qiymətlərlə səyahət etməsi, müxtəlif sosial qruplar üçün güzəştlərin tətbiqi, eləcə də müəyyən kateqoriyaya daxil olan şəxslərin ödənişsiz daşınması məsələsi aktuallığını qoruyur.
Bəs “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu istiqamətdə hansı imkanları nəzərdən keçirir?
Mövzu ilə əlaqədar Baku.Ws-in sorğusuna cavab verən QSC-dən bildirilib ki, ADY sərnişin daşımalarının əlçatanlığını təmin etmək məqsədilə müxtəlif kateqoriyadan olan sərnişinlər üçün müəyyən edilmiş tarifləri və daşınma qaydalarını tətbiq edir.
Qurumun açıqlamasında uşaqlarla səyahət zamanı nəzərdə tutulan güzəştlərlə bağlı qeyd olunub:
“Hazırda uşaqlarla səyahət zamanı aşağıdakı güzəştlər nəzərdə tutulur:
5 yaşadək uşaqlar - müəyyən edilmiş daşıma şərtlərinə uyğun olaraq ödənişsiz səyahət edə bilirlər;
5-10 yaş arası uşaqlar - uşaq tarifi əsasında səyahət edirlər.
"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, 2026-2030-cu illərdə turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması nəzərdə tutulur. Bununla əlaqədar beynəlxalq təcrübə araşdırılır”.
///Baku.Ws


