Leyla Əhmədova ev dustaqlığına buraxıldı

Leyla Əhmədova ev dustaqlığına buraxıldı

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb.

Azmedia.Az-ın əldə etdiyi məlumata görə, Leyla Saday qızı Əhmədova külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Qərar daha sonra apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Bu gün isə L. Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.//qafqazinfo