Gülarənin hansı fotoları ÖGEY QARDAŞINI QƏZƏBLƏNDİRDİ? – 23 yaşlı rəssamın qətlinin ŞOK SƏBƏBİ -YENİ DETALLAR-VİDEO
Bakıda qətlə yetirilən 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın ölümü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Məlumata görə, faciədən əvvəl Gülarə ilə ögey qardaşı Ayxan Mehdiyev arasında sosial şəbəkədəki fotolarla bağlı mübahisə yaşanıb. Həmçinin gənc rəssamın uşaqlıq illəri və ailə həyatı ilə bağlı da diqqətçəkən məlumatlar yayılıb.
Azmedia.Az xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülarə Mehdiyeva 3 yaşında olarkən, 2006-cı ildə anası ilə atası ayrılıb. Məlumata əsasən, Gülarənin anası onu atasının himayəsində qoyaraq evdən gedib.
Gülarənin atası Ağa Mehdiyev 2007-ci ildə başqa xanımla ailə həyatı qurub. Onların bu nikahdan dörd övladı dünyaya gəlib. Həmin nikahdan dünyaya gələn ilk övlad 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev olub.
Beləliklə, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdırlar.
Məlumatda qeyd olunur ki, Gülarənin ögey anası onu da öz övladı kimi qəbul edib və ailənin digər uşaqları ilə birlikdə böyüdüb. Ailənin dördüncü övladının isə azyaşlı olduğu və ağır yataq xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qətldən əvvəl sosial şəbəkədəki fotolar üstündə mübahisə yaranıb
Yayılan məlumata görə, hadisə günü Ayxan dərsdən evə qayıtdıqdan sonra Gülarə ilə sosial şəbəkə barədə mübahisə edib.Belə ki, Ayxan sosial şəbəkələrdən birində bacısının açıq-saçıq fotolarını görüb. Həmin şəkillərdən birinə tanımadığı oğlanların rəy yazması onun narazılığına səbəb olub.
Ayxan bacısından həmin rəyləri yazan şəxslərin və fotoların silinməsini tələb edib. Lakin Gülarə şəkilləri silməkdən imtina edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Məlumatlara əsasən, mübahisə daha sonra faciə ilə nəticələnib və Ayxan ögey bacısını qətlə yetirib.Hadisə zamanı valideynləri evdə olmayıb
Məlumata görə, hadisə noyabrın 16-da günorta saatlarında Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 11A ünvanında yerləşən binanın 1 saylı mənzilində baş verib.
Həmin vaxt Gülarənin atası və ögey anası evdə olmayıblar. Digər övladların isə mənzildə olduğu bildirilir.
Xatırladaq ki, 23 yaşlı Gülarə Mehdiyevanın qətli ilə bağlı polis əməkdaşları tərəfindən saxlanılan Ayxan Mehdiyev ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini iddia edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisənin bütün təfərrüatları araşdırılır.

