Ramiz Mehdiyevin ailəsi ilə bağlı daha bir HƏBS: Vəkil 4 aylıq azadlıqdan məhrum edildi
Azərbaycanda daha bir vəkil barəsində həbs qətimkan tədbiri seçilib. Ramiz Mehdiyevin qızı, Kamila Əliyevanın vəkili olmuş Rəman Abışov həbs edilib.
Azmedia.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Rəman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.
Məhkəmənin qərarı ilə Rəman Abışov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəman Abışov dövlətə xəyanətdə və digər ağır cinayətlərdə təqsirləndirilən Ramiz Mehdiyevin qızı Kamila Əliyevanın vəkili olub. O, K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edib.




