Leyla Əliyeva Səmərqənddə beynəlxalq tədbir iştirakçıları ilə görüşüb- FOTO

Leyla Əliyeva Səmərqənddə beynəlxalq tədbir iştirakçıları ilə görüşüb-

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində yerləşən “Əbədi şəhər” kompleksinə baş çəkib, bir sıra rəsmi şəxslərlə görüşüb.

Azmedia.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistana səfəri çərçivəsində Səmərqənd şəhərindəki “Əbədi şəhər” kompleksi ilə tanış olub.

Leyla Əliyeva “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin iştirakçıları ilə birlikdə kompleksi ziyarət edib.

Səfər zamanı o, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavini Dilrabo Mansuri ilə görüşüb. Tərəflər səmimi söhbət edib və xatirə fotoları çəkdir