Müəllimlərin maaşı artırılacaq - AÇIQLAMA
Məlumat verdiyimiz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçiriləcəyini açıqlayıb.
Azmedia.Az xəbər verir ki, redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, məlumatda əsas ana xətt odur ki, diaqnostik qiymətləndirmədən keçməyənlərin əməkhaqları ilə bağlı artımlar edə bilmirlər:
"Bu addımlar ona görə atılır ki, müəllimlərin əməkhaqları ilə bağlı qərar vermək imkanları yaransın. Mən düşünürəm ki, bu son diaqnostik qiymətləndirmə bütün hallarda diaqnostik qiymətləndirmədən və sertifikasiyadan kənarda qalmış müəllimlər üçün olacaq. Yəni bir halda ki, müəllim müəllimlərin işə qəbulu imtahanından yeni çıxıb, məncə, buna yenidən diaqnostik qiymətləndirmə aparmağa dəyməz. Çünki işinə bəziləri yeni başlayır. Eyni zamanda, sertifikasiyadan keçənlər üçün də belədir".
Müsahibimiz hesab edir ki, diaqnostikanın keçirilməsi əməkhaqlarından narazılıq edən müəllimlər üçün müəyyən qədər stimul olacaq və onlar üçün də imkanlar yaranacaq ki, maaşlarına əlavələr olsun.


