Məleykə Abbaszadə BDU-da kiminlə yolları AYIRDI? – İlk kadr dəyişikliyi DİQQƏT ÇƏKDİ
Bakı Dövlət Universitetində (BDU) yeni rektor Məleykə Abbaszadənin rəhbərliyi ilə kadr dəyişikliyi həyata keçirilib.
Azmedia.Az xəbər verir ki, BDU-nun rektoru Məleykə Abbaszadə bununla bağlı əmr imzalayıb.
Məlumata görə, imzalanan əmrə əsasən, universitetin rektor köməkçisi Nərmin Heydərli tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Nərmin Heydərli BDU-nun bir neçə gün əvvəl vəzifəsindən azad edilən keçmiş rektoru Elçin Babayevin rəhbərliyi dövründə bu vəzifəyə təyin olunmuşdu.



