Mingəçevir Musiqi Məktəbinə yeni direktor təyin edildi
Mingəçevirdə Musiqi Məktəbinə yeni direktor təyin olunub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, bir müddət əvvəl öz ərizəsi ilə Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbinin direktoru vəzifəsindən azad olunan Vüsal Məmmədovun yerinə yeni təyinat olub.
Belə ki, vakant direktor vəzifəsinə həmin məktəbin fortepiano müəllimi Zeynəb Həmidova təyin edilib.
Ehtiram Muradov
Azmedia.Az


