Qaxda bıçaqlanma: 40 yaşlı kişi xəsarət alıb

Qaxda bıçaqlanma:

Qaxda bıçaqlanma olub.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. 36 yaşlı Əmrah Yaqubov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 40 yaşlı Elnur Qadaşova kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırma aparılır.

Ehtiram Murad

Azmedia.Az