Azərbaycanlı kişi keçmiş həyat yoldaşının başını kəsdi: Dəhşətli qətl kameraya düşdü – ŞOK GÖRÜNTÜ! FOTO/VİDEO

Azərbaycanlı kişi keçmiş həyat yoldaşının başını kəsdi: Dəhşətli qətl kameraya düşdü – ŞOK GÖRÜNTÜ!

 Qadın zorakılıqdan xilas olmaq üçün yardım mərkəzinə sığınsa da, keçmiş həyat yoldaşının hücumundan qurtula bilməyib. Dəhşətli cinayətin təfərrüatları məlum olub.

Azmedia.Az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı kişi keçmiş həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib. Hadisə noyabrın 12-də Vavilovlar küçəsində, qadınlara yardım mərkəzinin qarşısında qeydə alınıb.

Məlumata görə, 28 yaşlı Yaqub Süleymanov 27 yaşlı keçmiş qeyri-rəsmi həyat yoldaşına səkkiz bıçaq zərbəsi endirib, daha sonra onun boğazını kəsib.

Bildirilib ki, qadın əvvəllər dəfələrlə keçmiş həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalıb. Bu səbəbdən ondan ayrılan qadın təhlükəsizliyini təmin etmək məqsədilə qadınlara yardım mərkəzinə sığınıb. Lakin ağır xəsarətlər alan qadının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Cinayəti törətdikdən sonra avtomobillə hadisə yerindən uzaqlaşan Süleymanov təxminən yarım saat sonra polisə zəng edərək əməlini etiraf edib. O, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Yaqub Süleymanov Azərbaycanda anadan olub.

Qadının keçmiş həyat yoldaşından ayrıldıqdan sonra gizləndiyi, lakin onun tərəfindən yerinin müəyyən edildiyi də bildirilir.