Bakıda dəhşətli ailə faciəsi: Qardaş bacısının həyatına son qoydu!- FOTOLAR

Bakıda dəhşətli ailə faciəsi:

Paytaxtda ailədaxili münaqişə faciə ilə nəticələnib. 23 yaşlı gənc qız qardaşının bıçaq zərbələri ilə həyatını itirib. Hadisədən sonra şübhəli şəxs saxlanılıb.

Azmedia.Az xəbər verir ki, noyabrın 17-də saat 15 radələrində Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

İlkin məlumata görə, hadisə zamanı qardaş bacısına bıçaqla xəsarətlər yetirib. Gənc qız aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Hadisə ilə bağlı əldə edilən məlumata əsasən məlum olub ki, qətlə yetirilən 23 yaşlı  Gülarə Mehdiyevadır. Onun rəssamlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gülarə Mehdiyevanın ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.