İlham Əliyev Hərbi Dəniz Qüvvələrində istehsal olunan yeni hərbi vasitələrlə tanış olub- FOTO

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində istehsal olunan yeni hərbi vasitələrlə tanış olub-

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti ilə tanış olublar.

Azmedia.Az xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin qərargahına gələn dövlət başçısını müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşılayaraq raport verib.

Prezident İlham Əliyev və Mehriban Əliyeva əvvəlcə qərargahın qarşısında Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Səfər zamanı dövlət başçısına Müdafiə Nazirliyinin tabeliyində olan “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin əməkdaşlığı çərçivəsində hazırlanmış yeni insansız dəniz platformaları barədə ətraflı məlumat təqdim olunub.

Qeyd edilib ki, istehsalat sahəsində müasir texnologiyalar əsasında SALVO (SİDV) silahlı insansız dəniz vasitələriKAYRA (KİDV) kamikadze tipli insansız dəniz vasitələri hazırlanır. Prezident İlham Əliyevə sözügedən vasitələrin funksiyaları, istifadə imkanları və əsas taktiki-texniki göstəriciləri barədə məlumat verilib.

Daha sonra dövlət başçısı və birinci xanım istehsalat prosesinin təşkil olunduğu əraziyə baxış keçirərək görülən işlərlə tanış olublar.

Hazırlanan insansız dəniz vasitələrinin imkanlarının yoxlanılması məqsədilə praktiki sınaqlar da nümayiş etdirilib.

Səfər çərçivəsində daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi quruculuq istiqamətində görülən işlər və qarşıda duran məsələlərin müzakirəsinə həsr olunmuş operativ müşavirə keçirilib.