Maşın bazarında vəziyyət necədir? – Qiymətlərin formalaşmasına təsir edən əsas amillər- VİDEO

Maşın bazarında vəziyyət necədir? – Qiymətlərin formalaşmasına təsir edən əsas amillər-

Azərbaycanda avtomobil bazarında son dövrlərdə təklif strukturunda dəyişiklik müşahidə olunur. Aşağı və orta qiymət seqmentinə aid avtomobillərin bazardakı payında artım qeydə alınıb.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının açıqlamasına əsasən, iyul ayında avtomobil bazarında ümumi təklifin strukturunda aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı yüksəlib.

Bununla yanaşı, daha yüksək qiymətə malik və premium avtomobillərin ümumi təklifdə payının azaldığı bildirilib.

Beləliklə, iyul ayı üzrə bazarın təklif strukturunda aşağı və orta qiymət seqmentinə aid avtomobillərin çəkisinin artması, premium avtomobillərin payının isə azalması müşahidə olunub.