Metroda birbaşa hərəkət bərpa olunur: “İçərişəhər”dən “Həzi Aslanov”a getmək mümkün olacaq
Yaxın vaxtlarda Bakı metrosunun “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına birbaşa getmək mümkün olacaq. Dəyişiklik Qırmızı xətdə qatarların hərəkətinə və intervallara da təsir edəcək.
Azmedia.Az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumata əsasən, yaxın vaxtlarda sərnişinlər “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına birbaşa gedə biləcəklər.
Bu dəyişikliklə “Həzi Aslanov–Əhmədli” mənzilində tətbiq edilən məkik hərəkət rejimi ləğv olunacaq.
Nəticədə Qırmızı xətt üzrə qatarlararası interval pik saatlarda 2 dəqiqə, günün digər vaxtlarında isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icrasına dair tədbirlər planı əsasında həyata keçi


