Avtomobil çuxura düşüb zədələnərsə, təmir xərcini kim ödəməlidir?- VİDEO
Yollardakı çalalar və çökmələr sürücülər üçün təhlükə yaratmaqla yanaşı, avtomobillərin zədələnməsinə də səbəb olur. Belə hallarda dəymiş zərərin kim tərəfindən qarşılanmalı olduğu sual doğurur.
Azmedia.Az xəbər verir ki, bir vətəndaş yolda yaranmış çuxurun görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Xəzər TV-nin məlumatına əsasən, sürücünün bildirdiyinə görə, onun təqsiri olmadan baş verən hadisə nəticəsində avtomobilinə ciddi ziyan dəyib.
Yollarda yaranan çalalar və çökmələr nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə kifayətlənmir, eyni zamanda yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını da artırır.
Sürücülər belə vəziyyətlərdə avtomobillərinə dəyən zərərin aradan qaldırılması üçün təmir xərclərini öz vəsaitləri hesabına ödəməli olduqlarını bildirirlər.
Bəs yolda yaranmış çuxura düşərək avtomobilinə ziyan dəymiş sürücü hansı addımları atmalıdır və dəymiş zərərin ödənilməsi kimin məsuliyyətindədir?
Mövzu ilə bağlı ətraflı məlumat videomaterialda təqdim olunur.


