Mətbuat Şurasının yeni sədri bəlli oldu – Vüqar Zifəroğlu seçildi
Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurasının yeni rəhbəri müəyyənləşib. Səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu qurumun sədri seçilib.
Azmedia.Az xəbər verir ki, Vüqar Zifəroğlu Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurasının (MŞ) yeni sədri seçilib.
Qurultay zamanı Mətbuat Şurasının İdarə Heyətinin qərarı ilə sədr vəzifəsinə Vüqar Zifəroğlunun namizədliyi irəli sürülüb. Keçirilən səsvermənin nəticələrinə əsasən, o, qurumun yeni sədri olub.
Qeyd edək ki, Mətbuat Şurasının əvvəlki sədri Rəşad Məcid olub. Vüqar Zifəroğlu isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanıdır.


