Xarici İşlər Nazirliyi Bakıda keçiriləcək İqlim Həftəsi ilə bağlı məlumat yaydı-
Bakı sentyabrın 7-dən 11-dək beynəlxalq iqlim gündəliyinin diqqət mərkəzində olacaq.
Azmedia.Az xəbər verir ki, sentyabrın 7-dən 11-dək Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, tədbir Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) də keçiriləcək.
Tədbirlər çərçivəsində iqlim sahəsində qəbul edilmiş qərarların praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.


