14 yaşlı qız parkda nişanlısı tərəfindən güllələndi – 21 yaşlı şəxs intihar etdi

14 yaşlı qız parkda nişanlısı tərəfindən güllələndi –

İranda azyaşlı qızın qətlə yetirilməsi ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Azmedia.Az xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində 14 yaşlı yeniyetmə qız güllələnərək öldürülüb.

Şəhər polisinin yaydığı məlumata görə, yeniyetmə qız 21 yaşlı nişanlısı tərəfindən şəhər parkında qətlə yetirilib.

Şəxsiyyəti açıqlanmayan cinayətkar hadisəni törətdikdən sonra özünə də atəş açaraq intihar edib.

Məlumata əsasən, cinayətin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, son yeddi ay ərzində İranda 90-a yaxın qadın həyat yoldaşları, keçmiş həyat yoldaşları, ataları və digər yaxın ailə üzvləri tərəfindən qətlə yetirilib.