Bakıda yağışlı hava gözlənilir – bölgələr üçün xəbərdarlıq

Bakıda yağışlı hava gözlənilir – bölgələr üçün xəbərdarlıq

Bakıda və Azərbaycanın bölgələrində yaxın günlərdə yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir.

Azmedia.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 7-si gündüzdən 8-i səhərədək Bakı və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddət ərzində leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir.

Ölkənin rayonlarında isə sentyabrın 6-sı axşam saatlarından 8-i gündüzədək fasilələrlə yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Məlumata görə, sentyabrın 7-si axşam və 8-i gecə saatlarında yağıntıların qısa müddət ərzində güclənəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə yağıntının qara keçəcəyi ehtimalı da var.