İran ordusu Hörmüz boğazında qaydaları pozan gəmilərə qarşı tədbir gördüyünü açıqlayıb-
Hörmüz boğazında vəziyyət yenidən gərginləşib. İran tərəfi boğazda müəyyən edilmiş qaydalara əməl etməyən gəmilərə qarşı hərbi tədbirlər görüldüyünü açıqlayıb.
Azmedia.Az xəbər verir ki, İran ordusunun yaydığı məlumata əsasən, Hörmüz boğazında ölkənin müəyyən etdiyi qaydaları pozan bəzi gəmilər hədəfə alınıb.
Bildirilib ki, İranın Cask və Qeşm bölgələrində eşidilən partlayış səsləri də məhz bu hadisələrlə əlaqələndirilir. İran tərəfi həmin ərazilərdə ayrıca partlayış hadisəsinin baş vermədiyini qeyd edib.
Bununla yanaşı, “Xatəm-əl-Ənbiya” mərkəzi qərargahı ABŞ ordusuna xəbərdarlıq edib. Açıqlamada İran gəmilərinə qarşı müdaxilələrin və dəniz blokadasının davam etdiriləcəyi təqdirdə ABŞ hərbi gəmilərinə qarşı daha sərt zərbələrin endirilə biləcəyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın üç tankerinə zərbə endirildiyini açıqlamış və bunu SEPAH-ın ABŞ gəmilərinə qarşı mümkün hücum cəhdi ilə əlaqələndirmişdi.


