Mingəçevirdə fərdi həyət evi yanır
Mingəçevirdə fərdi yaşayış evində yanğın baş verib.
Azmedia.Az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində, Ağ Saray şadlıq sarayının yaxınlığında yerləşən üçotaqlı fərdi yaşayış evində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
İlkin məlumata görə, hadisə zamanı evin üç otağından biri yanıb. Digər hissələrdə isə yanğının qarşısı alınaraq alovun böyüməsinə imkan verilməyib.
Ehtiram Muradov
Azmedia.Az


