11 min manat kredit vəd etdi, 2 min manatını alıb yoxa çıxdı – SAXLANILDI
Nəsimi rayonunda kredit götürmək istəyən qadın dələduzluğun qurbanı olub. Kredit almaq üçün müraciət etdiyi şəxs ona kömək edəcəyini vəd etsə də, nəticədə qadının 2 min manat pulunu ələ keçirib.
Azmedia.Az xəbər verir ki, zərərçəkən əlaqə saxladığı naməlum şəxsdən bankların birindən kredit götürmək üçün köməklik göstərməsini istəyib.
Qadın 11 min manat kredit vəsaitinin ayrılması məqsədilə qarşı tərəfin bank kartına 2 min manat pul göndərib. Lakin ona vəd edilən krediti əldə edə bilməyib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş C.Əzimov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, C.Əzimov pul köçürülməsi zamanı əməllərini gizlətmək məqsədilə dostuna məxsus bank kartı hesabından istifadə edib.
Faktla bağlı araşdırma aparılır.



