Mingəçevirdə "KamAZ" minik avtomobili ilə toqquşdu - VİDEO

Mingəçevirdə "KamAZ" minik avtomobili ilə toqquşdu -

Mingəçevirdə yük maşını qəza törədib

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə bu gün Mingəçevir şəhərinin çimərlik yolunda baş verib.

İlkin məlumata əsasən, Bozdağın ətəyindən çimərlik yolu ilə şəhər istiqamətində hərəkətdə olan "KamAZ" markalı yük avtomobili qarşısına çıxan minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan yük maşını yol kənarındakı dəmir hasara çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az