Yevlaxda avtomobillər toqquşdu, iki nəfər yaralandı
Yevlaxda yol qəzası baş verib, iki nəfər xəstəxanaya çatdırılıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, “Nissan” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.
Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib. Vəziyyəti daha ağır olan iki nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


