Ağdaşda traktorla minik avtomobili toqquşdu: Yaralananlar var

Ağdaşda traktorla minik avtomobili toqquşdu:

Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Cüvəkənd kəndi yaxınlığından keçən yolda baş verib. Minik avtomobili traktorla toqquşub.

Qəza nəticəsində xəsarət alan 1982-ci il təvəllüdlü Qədir İmran oğlu Qədirov və Nəsirova Samirə Yolçu qızı xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az