Maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Maşınlar toqquşdu -

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Azmedia.Az xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo