Suraxanı rayonunda Dədə Qorquddan Hövsana qədər köhnə işıq dirəkləri yeniləri ilə əvəzlənəcək- AÇIQLAMA

Suraxanı rayonunda Dədə Qorquddan Hövsana qədər köhnə işıq dirəkləri yeniləri ilə əvəzlənəcək-

Suraxanı rayonunda yol işıqlandırması ilə bağlı mövcud vəziyyətə aydınlıq gətirilib.Həmin ərazidə Dədə Qorqud qəsəbəsindən Bahar qəsəbəsi istiqamətində, Hövsandakı Maral heykəlinə qədər köhnə işıq dirəklərinin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.
Azmedia.Az
-a açıqlama verən “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Suraxanı Rayon Küçə İşıqları-Texniki İstismar İdarəsindən bildirilib ki, ərazidə 8 işıq dirəyi sökülərək “Bakı Abadlıq” layihəsinə verilib.

Qeyd olunub ki, yaxın zamanda Dədə Qorqud qəsəbəsindən başlayaraq Bahar qəsəbəsi də daxil olmaqla, Hövsan qəsəbəsində yerləşən Maral heykəlinə qədər olan ərazidə köhnə işıq dirəklərinin sökülməsi və onların yerində yeni dirəklərin quraşdırılması nəzərdə tutulur.

Əli Şəyəldiyev

Azmedia.Az