Bahar Muradovadan gənclərin ailə qurması ilə bağlı AÇIQLAMA: 1 milyon 850 min subay məsələsi gündəmdə!

Bahar Muradovadan gənclərin ailə qurması ilə bağlı AÇIQLAMA: 1 milyon 850 min subay məsələsi gündəmdə!

Azərbaycanda gənclərin ailə qurmaq yaşının yüksəlməsi, nikah qərarının təxirə salınması və subay insanların sayı cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Mənzil və maddi təminat problemləri, dəyişən həyat tərzi, qadınların təhsili və karyera hədəfləri ailə institutuna necə təsir edir?

Azmedia.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu məsələlərə münasibət bildirib. 

Azərbaycanda gənclərin ailə qurmaq yaşının yüksəlməsi və nikaha daxil olmaq qərarını təxirə salması müşahidə olunur. Sizcə, bu tendensiyanın əsas sosial, iqtisadi və psixoloji səbəbləri hansılardır?

"Müasir dünyada qlobal miqyasda baş verən sürətli sosial-iqtisadi, texnoloji və mədəni dəyişikliklər ailə institutunun funksiyalarına və mahiyyətinə yenidən baxılmasını zəruri edir. Bütün dünyada urbanizasiya, qloballaşma və fərdiləşmə meylləri nikah yaşının artmasına, ailə planlaşdırılmasına və uşaq sayının dəyişməsinə güclü təsir göstərir. Elmi-nəzəri tədqiqatlar da sübut edir ki, günümüzdə evlilik ənənəvi "məcburi sosial öhdəlikdən" daha çox, şüurlu və məsuliyyətli fərdi seçim mərhələsinə qədəm qoymuşdur. İnsanlar artıq sadəcə nəsil davamı üçün deyil, fərdi xoşbəxtlik, özünügerçəkləşdirmə və psixoloji rifah üçün ailə qururlar. Unutmaq olmaz ki, güclü ailə yalnız maddi imkanlar əsasında deyil, qarşılıqlı sevgi, hörmət, etimad, məsuliyyət və ortaq dəyərlər əsasında formalaşır".
Azərbaycan da dünyanın bir hissəsidir və dünyada baş verən qlobal proseslər bizdən də yan keçməyib. Bu proseslərin əsasında gənclərin prioritetləri dəyişmiş və bu gün gənclər yeni hədəflərə doğru addımlayırlar: ali təhsil almaq, əmək bazarında öz yerini tutmaq, karyera qurmaq və maddi stabillik qazanmaq gənclərin əsas hədəflərinə çevrilmişdir. Azərbaycanda dövlət gənclərə daha geniş imkanlar yaratmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirir; gənclərin məşğulluğu təmin edilir, güzəştli ipoteka kreditləri və sosial mənzil layihələri vasitəsilə onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Lakin ailə institutu yalnız maddi göstəricilərlə ölçülməməlidir. Gənclər ailə qurarkən ailə büdcəsini düzgün planlaşdırmağa və iqtisadi məsuliyyəti dərk etməyə dəvət olunurlar.

 İctimai müzakirələrdə Azərbaycanda təxminən 1 milyon 850 min subay insanın olduğu bildirilir. Bu rəqəmin rəsmi statistikada təsdiqi varmı? Dövlət Komitəsinin ölkədə heç vaxt nikahda olmayan şəxslərin sayı ilə bağlı aktual məlumatı mövcuddurmu?

"2025-ci ildə Dövlət Komitəsinin sifarişi ilə həyata keçirilmiş “Sosial-iqtisadi səbəblərin ailə institutuna təsirinin öyrənilməsi” mövzusunda tədqiqat göstərmişdir ki, ölkəmizdə ailələrin mütləq əksəriyyətində müsbət psixoemosional vəziyyət və qənaətbəxş sosial iqlim üstünlük təşkil edir. Tədqiqat iqtisadi çətinliklərin (işsizlik, gəlir yetərsizliyi) öz-özlüyündə deyil, ailənin daxili funksionallığı ilə birlikdə təsir etdiyini üzə çıxarmışdır: yüksək həmrəyliyə malik ailələr çətinliklərin öhdəsindən birlikdə gəldiyi halda, disfunksional ailələrdə bu cür problemlər gərginliyi daha da dərinləşdirir".

Gənclərin ailə qurmamasında mənzil problemi, işsizlik, aşağı əməkhaqqı və toy xərclərinin nə dərəcədə təsiri var? Komitə bu problemləri araşdırıbmı?
"Azərbaycanda dövlət gənclərə daha geniş imkanlar yaratmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirir; gənclərin məşğulluğu təmin edilir, güzəştli ipoteka kreditləri və sosial mənzil layihələri vasitəsilə onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Lakin ailə institutu yalnız maddi göstəricilərlə ölçülməməlidir. Gənclər ailə qurarkən ailə büdcəsini düzgün planlaşdırmağa və iqtisadi məsuliyyəti dərk etməyə dəvət olunurlar".
2025-ci ildə Dövlət Komitəsinin sifarişi ilə həyata keçirilmiş “Sosial-iqtisadi səbəblərin ailə institutuna təsirinin öyrənilməsi” mövzusunda tədqiqat göstərmişdir ki, ölkəmizdə ailələrin mütləq əksəriyyətində müsbət psixoemosional vəziyyət və qənaətbəxş sosial iqlim üstünlük təşkil edir. Tədqiqat iqtisadi çətinliklərin (işsizlik, gəlir yetərsizliyi) öz-özlüyündə deyil, ailənin daxili funksionallığı ilə birlikdə təsir etdiyini üzə çıxarmışdır: yüksək həmrəyliyə malik ailələr çətinliklərin öhdəsindən birlikdə gəldiyi halda, disfunksional ailələrdə bu cür problemlər gərginliyi daha da dərinləşdirir.

Bəzi gənclər maddi imkanları tam formalaşmadan ailə qurmağı riskli hesab edir, digərləri isə uyğun həyat yoldaşı tapa bilmədikləri üçün evliliyi təxirə salırlar. Sizcə, bu yanaşma cəmiyyətdə ailə institutuna münasibətin dəyişdiyini göstərirmi?

"Elmi-nəzəri tədqiqatlar da sübut edir ki, günümüzdə evlilik ənənəvi "məcburi sosial öhdəlikdən" daha çox, şüurlu və məsuliyyətli fərdi seçim mərhələsinə qədəm qoymuşdur. İnsanlar artıq sadəcə nəsil davamı üçün deyil, fərdi xoşbəxtlik, özünügerçəkləşdirmə və psixoloji rifah üçün ailə qururlar. Unutmaq olmaz ki, güclü ailə yalnız maddi imkanlar əsasında deyil, qarşılıqlı sevgi, hörmət, etimad, məsuliyyət və ortaq dəyərlər əsasında formalaşır".
Digər tərəfdən, qlobal miqyasda təbliğ olunan istehlakçılıq ideologiyası və mediada nümayiş etdirilən "ulduz həyatı", lüks simvollar ailələrin subyektiv rifahına mənfi təsir göstərən amillərdəndir. Maddi vəziyyəti orta və ya ondan yuxarı olan ailələrdə belə, həyat rifahını yalnız istehlakla təsdiq etmək vərdişi borclanmalara və daxili gərginliyə yol açır. Buna görə də ölkə mediasında maddiyatçılıq təbliğinə qarşı sağlam həssaslıq və dözümsüzlük münasibəti formalaşdırılmalıdır.

Müasir dövrdə qadınların təhsil alması, karyera qurması və iqtisadi müstəqilliyə üstünlük verməsi ailə qurmaq qərarına necə təsir göstərir? Bu prosesə müsbət və ya mənfi yanaşmaq əvəzinə, onun ailə modelində yaratdığı dəyişiklikləri necə qiymətləndirirsiniz?
 "Müasir dövrdə təhsilli qadının cəmiyyətin inkişafına təsiri çoxşaxəlidir. O, həm fərdi müstəqillik qazanır, həm də övladlarının bərabərlik, qarşılıqlı hörmət və məsuliyyət prinsipləri əsasında yetişməsinə təkan verir. Qadınların elm, sahibkarlıq və qərarvermə proseslərində təmsil olunması insan kapitalını gücləndirir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qızların təhsilinə dəstək məqsədilə mühüm layihələr həyata keçirir:
“Qızların Təhsilinə Dəstək” layihəsi (Təhsilin İnkişafı Fondu ilə birgə) – 2021-ci ildən bəri 730 qızın ali təhsil almasına, liderlik və peşəkar bacarıqlar qazanmasına dəstək olub.
“Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” proqramı (Azərbaycan Banklar Assosiasiyası ilə birgə) – 53 şəhid xanımının təhsil imkanlarının və sosial fəallığının artırılmasına xidmət edir.
“Güclü cəmiyyətin zərif simaları” layihəsi (Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi ilə birgə, 2024-cü ildən) – qadınların ictimai fəallığını və qərarvermə proseslərində rolunu gücləndirir.
Bütün bu proseslərin fonunda unutmamalıyıq ki, əsas məqsəd yalnız kəmiyyət göstəriciləri deyil, sağlam, dayanıqlı və gələcəyə inamla baxan ailələrin formalaşmasıdır. Müasir inkişaf templəri və yeni çağırışlar fonunda xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərin, zəngin ailə ənənələrinin və adət-ənənələrin qorunub saxlanılması müstəsna əhəmiyyət kəsb edir. Gənclərimizin müasir biliklərə yiyələnməsi ilə yanaşı, milli köklərinə, ata-baba irsinə və mənəvi təməllərə bağlı qalması güclü Azərbaycan ailəsinin və bütövlükdə cəmiyyətimizin sarsılmaz təməlini təşkil edir.

Əli Şəyəldiyev

Azmedia.Az