Yevlaxda ağır yol qəzası: azı 4 nəfər yaralanıb

Yevlaxda ağır yol qəzası: azı

Yevlaxda yol qəzası olub, yaralananlar var

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumatına görə, hadisə Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Qaraməmmədli kəndi yaxınlığından keçən hissəsində baş verib. İlkin məlumata əsasən, "Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində azı 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az