İlham Əliyev İsveçrə və Niderlandda Azərbaycanın yeni səfirlərini təyin edib- SƏRƏNCAM

İlham Əliyev İsveçrə və Niderlandda Azərbaycanın yeni səfirlərini təyin edib-

Azərbaycan Prezidenti İlham Əliyev iki Avropa ölkəsində Azərbaycanın diplomatik nümayəndəliklərinə yeni rəhbərlər təyin edib.

Azmedia.Az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında, Anar Keykavus oğlu Əcəmov isə Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeni təyinatlarla Azərbaycanın hər iki ölkədə diplomatik fəaliyyətinə rəhbərlik edəcək şəxslər müəyyənləşib.