İranda yanacaq tankeri PARTLADI

İranda yanacaq tankeri

İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb.

Azmedia.Az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 10 nəfər həlak olub.

Məlumata görə, qəzaya səbəb Sənəndəc–Həmədan yolunda baş verən yol-nəqliyyat hadisəsi olub.

Hazırda xilasetmə işləri aparılır.//redaktor