İran bu ölkəyə dörd raket atdı
İrandan İordaniyanın Aqaba şəhərinə 4 ballistik raket atılıb.
Azmedia.Az xəbər verir ki, bu barədə İordaniya mediası məlumat yayıb.
Qeyd edilib ki, Aqaba şəhəri istiqamətində buraxılan 4 ballistik raketdən üçü hava hücumundan müdafiə vasitələri ilə vurulub, dördüncü raket isə açıq əraziyə düşüb.
Hücum nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, sözügedən şəhərdə hücum təhlükəsi səbəbindən Kral Hüseyn Beynəlxalq Hava Limanı və dəniz limanı hücum təhlükəsi səbəbindən təxliyə edilmişdi.//sfera


