Mingəçevirdə jurnalistlər peşə bayramlarını qeyd ediblər - FOTOLAR
Mətbuat işçilərinin peşə bayramı Mingəçevirdə silsilə tədbirlərlə qeyd olunub
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Milli Mətbuat Günü münasibətilə Mingəçevirdə media nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər keçirilib.
İlk tədbir Mingəçevir Şəhər İcra Hakimiyyətində baş tutub. İcra başçısının birinci müavini Məhluqə Cavadova Azərbaycan milli mətbuatının tarixinə qısa nəzər salaraq, medianın cəmiyyətin maarifləndirilməsi və dövlətçiliyin inkişafında mühüm rol oynadığını vurğulayıb. Daha sonra jurnalistlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda media nümayəndələri fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Bayram tədbirlərinin növbəti ünvanı Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı olub. Görüşdə çıxış edən təşkilatın sədri Bəxtiyar Mustafayev jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, Azərbaycanda milli mətbuatın inkişafına göstərilən dövlət qayğısından danışıb. O, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən etibarən media nümayəndələrinə xüsusi diqqət göstərildiyini qeyd edərək, bu siyasətin bu gün də uğurla davam etdirildiyini bildirib.
Bəxtiyar Mustafayev həmçinin YAP Mingəçevir şəhər təşkilatının fəaliyyəti barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb. Görüşün sonunda media nümayəndələrinə partiya adından bayram hədiyyələri təqdim olunub.
Günün yekun tədbiri Mingəçevir Bələdiyyəsində keçirilib. Bələdiyyə sədri Anar İsmayılov jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, onlarla görüşməkdən məmnunluğunu ifadə edib. O, bələdiyyə tərəfindən şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri, şəhid və qazi ailələrinə, eləcə də digər həssas kateqoriyadan olan vətəndaşlara göstərilən dəstək barədə məlumat verib. Həmçinin qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan layihələr və bələdiyyənin beynəlxalq əlaqələrinin inkişafı haqqında danışıb.
Tədbirin sonunda media nümayəndələri təltif olunaraq hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, keçirilən hər üç tədbirdən sonra iştirakçılar xatirə şəkilləri çəkdiriblər.
Ehtiram Muradov
Azmedia.Az


