Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır
Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.
Azmedia.Az xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.
Z.Rzayevin ailəsi açıqlamasında ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:
“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir”.
Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.//qafqazinfo


