Yevlaxda avtomobil ağaca çırpılıb: iki nəfər xəsarət alıb
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.
Azmedia.Az xəbər verir ki, hadisə Tanrıqullar kəndi yaxınlığından keçən magistral avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, Range Rover markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


