Yevlaxda müəmmalı ölüm: Keçmiş bələdiyyə üzvünün meyiti aşkarlandı

Yevlaxda müəmmalı ölüm:

Yevlaxda keçmiş bələdiyyə üzvünün meyiti tapılıb. 

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Ərəbbəsrə kəndində baş verib. 1971-ci il təvəllüdlü İsmayılov Habil Məhəmməd oğlunun meyiti kənd ərazisində tapılıb. Hadisənin tam səbəbləri hələki məlum deyil. Habil İsmayılov bir müddət kənd bələdiyyə nümayəndəsi kimi fəaliyyət göstərib. Faktla bağlı Yevlax Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Ehtiram Muradov

Azmedia.Az