Ağdamda traktor minaya düşdü

Ağdamda traktor minaya düşdü

Ağdamda traktor minaya düşüb.

Azmedia.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.

Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşsə də, traktorçu xəsarət almayıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.//qafqazinfo