Bakıda metro çıxışında FACİƏ: Piyada qəfil yıxılaraq həyatını itirdi
Bakının Yasamal rayonu ərazisində, “20 Yanvar” metro stansiyasının çıxışında piyada qəfil vəfat edib.
Azmedia.Az xəbər verir ki, hadisə noyabrın 25-də saat 13:00 radələrində Müzəffər Həsənov küçəsi 12 ünvanının qarşısında baş verib.
Belə ki, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadə qəfil yerə yıxılıb. Hadisə nəticəsində onun həyatını itirdiyi məlum olub.
İlkin məlumata görə, kişinin ölümünə ürək çatışmazlığı səbəb olub.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.

