ADY-nin Qəbələ stansiyasının rəisi qəfil vəfat etdi- FOTO

ADY-nin Qəbələ stansiyasının rəisi qəfil vəfat etdi-

“Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsi, Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib. Onun qəfil ürək tutması nəticəsində vəfat etdiyi bildirilir.

Azmedia.Az xəbər verir ki,  məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Qəbələ stansiyasının rəisi Faiq Mustafayev vəfat edib.

Məlumata əsasən, Faiq Mustafayev təxminən 20 ilə yaxın müddətdə “Azərbaycan Dəmir Yolları” sistemində çalışıb.

Onun ölümünə qəfil ürək tutmasının səbəb olduğu bildirilir.

Qeyd edək ki, Faiq Mustafayev 1984-cü ildə anadan olub.

Allah rəhmət eləsin!