Bakıda oğlan işləmədiyinə görə ona irad bildirən atasını döydü

Bakıda oğlan işləmədiyinə görə ona irad bildirən atasını döydü

Bakının Xəzər rayonu ərazisində 2005-ci il təvəllüdlü E.İsmayılzadə atasını döyüb.

Azmedia.Az xəbər verir ki, buna valideynin övladına işləməməsinə görə irad bildirməsi səbəb olub.

Mübahisə zəminində 21 yaşlı gənc atasına bir neçə yumruq zərbəsi endirib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxsin azadlığı 9 ay müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, zərərçəkmiş valideyn övladını bağışlamayıb, o, məhkəmədən oğlunun cəzalandırılmasını istəyib.//nocommnet