Azərbaycanda payızın ilk qarı yağdı: Bir sıra rayonlarda güclü leysan oldu- VİDEO
Azərbaycanda hava şəraiti kəskin dəyişib. Ölkənin əksər ərazilərində yağış, bəzi yerlərdə intensiv və güclü leysan müşahidə olunub, yüksək dağlıq ərazilərə isə qar yağıb.
Azmedia.Az xəbər verir ki, oktyabrın 4-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edib. Bəzi ərazilərdə intensiv və güclü leysan müşahidə olunub, dağlıq ərazilərə isə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar qeydə alınıb. Qar örtüyünün hündürlüyü Qrızda 10, Xınalıqda 5, Şahdağda 2, Qusarda isə 1 santimetr təşkil edib.
Bakı və Abşeron yarımadasında qeydə alınan yağıntının miqdarı da açıqlanıb. Belə ki, Maştağada 37 millimetr (aylıq normanın 93 faizi), Binədə 21 millimetr (75 faiz), Bakıda 16 millimetr (57 faiz), Sumqayıtda isə 5 millimetr yağıntı düşüb.
Respublikanın rayonlarında ən çox yağıntı Kişçayda (Şəki) qeydə alınıb. Burada 55 millimetr yağıntı düşüb ki, bu da aylıq normanın 64 faizinə bərabərdir.
Digər ərazilərdə qeydə alınan yağıntının miqdarı belə olub:
- Qəbələ – 51 mm (aylıq normanın 40 faizi);
- Sarıbaş (Qax) – 45 mm (36 faiz);
- Oğuz – 45 mm (45 faiz);
- Göyçay – 41 mm (76 faiz);
- Astara – 30 mm;
- Kürdəmir – 26 mm (56 faiz);
- İsmayıllı – 24 mm (32 faiz);
- Şamaxı – 23 mm (30 faiz);
- Xızı – 22 mm (39 faiz);
- Yardımlı – 20 mm;
- Lənkəran – 18 mm;
- Gədəbəy – 17 mm (30 faiz);
- Qobustan – 17 mm (36 faiz);
- Lerik – 16 mm;
- Xaltan – 15 mm (31 faiz);
- Sabirabad – 15 mm (36 faiz);
- Göygöl və Qusar – 15 mm;
- Neftçala – 14 mm (31 faiz);
- Daşkəsən – 14 mm;
- Zərdab – 13 mm (34 faiz);
- Mingəçevir – 12 mm (30 faiz);
- Naftalan və İmişli – 11 mm;
- Tərtər və Beyləqan – 10 mm.
Digər rayonlarda isə 1-9 millimetr yağıntı qeydə alınıb.
bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


