Mingəçevirdə kürəkənin qayınanasını döydüyü iddia olunur
Şəkidən Mingəçevirə qızının evinə qonaq gələn qaynana kürəkəni tərəfindən döyüldü.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən keçmiş məcburi köçkün şəhərciyi ərazisində baş verib.
İlkin məlumata əsasən, Şəkidən Mingəçevirə qızının evinə qonaq gələn 1965-ci il təvəllüdlü Mənsurə Nemət qızı Quliyeva mübahisə zəminində kürəkəni tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


