Yevlaxda atışma: Bir nəfər ölüb

Yevlaxda atışma:

Yevlaxda atışma olub, ölən var

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Yevlax rayonunun Hacıselli kəndi ərazisində baş verib.

İlkin məlumata əsasən, odlu silahdan açılan atəş nəticəsində 1984-cü il təvəllüdlü Eşqin İsmayılov həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az