Generalın qızı saxlanıldı: 500 min manatdan artıq dələduzluqda şübhəli bilinir – FOTO
General-mayorun qızı Türkər Əliyeva barəsində dələduzluq və nüfuz alveri ilə bağlı araşdırma aparılır. Onun torpaq sahəsinin sənədləşdirilməsi adı ilə vətəndaşdan külli miqdarda pul aldığı iddia olunur.
Azmedia.Az xəbər verir ki, general-mayor Natiq Əliyevin qızı, mediator Türkər Əliyeva saxlanılıb.
O,xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.
İttihama əsasən, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək göstərəcəyi vədi ilə bir nəfərdən külli miqdarda pul alıb. Vətəndaşın şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində saxlanılan T.Əliyeva dünən gecədən istintaq nəzarətindədir.
Şikayətçinin iddiasına görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsi məsələsində yardım edəcəyini bildirərək ondan külli miqdarda vəsait əldə edib.
Hazırda onun barəsində məhkəmə qərarı yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb olunacağı təqdirdə, gün ərzində hakim qarşısına çıxarılması gözlənilir.
T.Əliyevanın şübhəli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi 500 min manatdan artıq ziyan vurulmasını nəzərdə tutur. Həmin əmələ görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun, daha sonra isə eyni nazirliyin Tibb xidmətinin rəisi vəzifəsində çalışmış general-mayor Natiq Əliyevin qızıdır.
vurulmasını nəzərdə tutur. Həmin əmələ görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun, daha sonra isə eyni nazirliyin Tibb xidmətinin rəisi vəzifəsində çalışmış general-mayor Natiq Əliyevin qızıdır.
General-mayorun qızı son dövrlər müxtəlif qalmaqallarla da medianın diqqət mərkəzində olub. Belə ki, bir müddət əvvəl o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisinin və əməkdaşlarından birinin ona qarşı qanunsuz hərəkətlərə yol verdiyini və təhqir etdiyini iddia etmişdi. Daha sonra həmin idarənin rəisi vəzifəsindən azad olunub.




