Şəmkirdə evdən iki nəfərin meyiti tapıldı – Polis və prokurorluq əməkdaşları hadisə yerində!

Şəmkirdə evdən iki nəfərin meyiti tapıldı – Polis və prokurorluq əməkdaşları hadisə yerində!

Şəmkir rayonunda yaşayış evində iki nəfərin meyitinin aşkarlanması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Azmedia.Az xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin yaşadığı evdə meyiti aşkarlanıb. Onun yanında 58 yaşlı qadının da meyiti tapılıb.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.