Zelenski ABŞ nümayəndə heyəti ilə Kiyevdə keçiriləcək görüşün tarixini açıqlayıb-

Zelenski ABŞ nümayəndə heyəti ilə Kiyevdə keçiriləcək görüşün tarixini açıqlayıb-

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı diplomatik təmasların davam etdiriləcəyini açıqlayıb.

Azmedia.Az xəbər verir ki, Zelenski sentyabrın 6-da Kiyevdə ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə danışıqların keçiriləcəyini bildirib.

Ukrayna liderinin sözlərinə görə, ABŞ nümayəndələri Rusiya tərəfi ilə artıq təmaslara başlayıblar. O qeyd edib ki, Kiyevdə keçiriləcək görüş zamanı diplomatik fəaliyyətin növbəti mərhələsi müzakirə olunacaq.

Zelenski Uitkoff və Kuşneri Kiyevdə gözlədiklərini və danışıqların məzmunlu keçməsinə hazır olduqlarını vurğulayıb. 

Ukrayna Prezidenti həmçinin danışıqlar çərçivəsində qarşılıqlı hava zərbələrinin dayandırılması məsələsinə toxunub. O bildirib ki, Ukrayna müəyyən müddət ərzində Moskvaya zərbələr endirməkdən çəkinməyə hazırdır və Rusiyanın da Kiyevə qarşı eyni yanaşmanı nümayiş etdirəcəyinə ümid edir. 

Qeyd edək ki, ABŞ nümayəndələrinin Rusiya və Ukrayna arasında münaqişənin nizamlanması istiqamətində apardığı təmaslar diplomatik prosesin əsas istiqamətlərindən biri olaraq qalır.