Bu ixtisas qrupunda rəqabət artır – DİM-dən açıqlama VİDEO
Ali məktəblərə qəbulda bəzi ixtisas qrupları üzrə rəqabətin bu il daha yüksək olacağı gözlənilir.
Azmedia.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, I ixtisas qrupunu seçən abituriyentlərin bu il digər qruplarla müqayisədə dövlət sifarişi hesabına təhsil almaq imkanları daha genişdir.
Onun sözlərinə görə, I ixtisas qrupu üzrə ümumilikdə 20 150 plan yeri ayrılıb. Bunlardan 15 200 yer dövlət sifarişi əsasında olacaq.
Rİ altqrupunda isə 7 440 plan yeri ayrılıb, müsabiqədə iştirak edən abituriyentlərin sayı təxminən 8 min nəfərdir. Buna görə də bu altqrup üzrə müsabiqənin gərgin keçəcəyi gözlənilir.
II ixtisas qrupu üzrə isə plan yerlərinin sayı artırılaraq 16 minə çatdırılıb. Bu qrup üzrə 7 983 abituriyent müsabiqəyə buraxılıb. DİM sədrinin sözlərinə görə, düzgün ixtisas seçimi edən abituriyentlərin qəbul şansları yüksəkdir.
III ixtisas qrupunda da rəqabətin yüksək olacağı bildirilib.
IV ixtisas qrupunda isə xüsusilə Tibb ixtisası üzrə keçid balının 20 baladək yüksəlməsi gözlənilir.
Məleykə Abbaszadə ixtisas seçimi zamanı abituriyentlərə diqqətli olmağı tövsiyə edib. O qeyd edib ki, abituriyentin istədiyi ixtisasa ondan daha yüksək nəticə göstərən şəxs qəbul oluna bilər və bu halda həmin ixtisas üzrə yer qalmaya bilər. Lakin daha aşağı bal toplayan abituriyentin həmin ixtisasa qəbul olunması mümkün deyil.
///Xəzər Tv
Ətraflı Videoda:


